RU

FED-in qərarı kriptovalyuta bazarına necə təsir edəcək?

Bitkoin (BTC) dörd gün ardıcıl enişdən sonra həftənin ortasında 102 800 dollar səviyyəsində sabitləşməyə çalışır. 

“Cebheinfo.az” xəbər verir ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) gün ərzində açıqlanacaq faiz qərarı hadisələrin gedişində həlledici olacaq. 

FXStreet analitiki Lallalit Srijandorn məsələ ilə bağlı qiymətləndirmə edib. 

O, açıqlamasında, "Çərşənbə günü açıqlanacaq FED-in faiz qərarı bazarların diqqət mərkəzində olacaq. Bununla belə, faiz dərəcələrində dəyişiklik gözlənilmir" deyib. 

Analitik investorların FED sədri Jerome Povellin mətbuat konfransını yaxından izləyəcəklərini və bu çıxışın pul siyasətinin perspektivləri ilə bağlı ipucları verə biləcəyini ifadə edib. 

FED rəsmilərinin ehtiyatlı davranacağı təqdirdə dolların güclənəcəyini və bitkoin kimi kriptovalyutaların aktivlərin dəyər itirə biləcəyini qeyd edib.

Bundan əlavə, “Hyblock Capital”ın baş direktoru və həmtəsisçisi Şubh Varma bildirib ki, makroiqtisadi dinamika baxımından ən mühüm amillərdən biri Donald Trampın faiz dərəcəsinin aşağı salınması çağırışıdır.

Varma, "Tramp iqtisadi artımı sürətləndirmək üçün FED-i faiz dərəcələrini azaltmağa məcbur etmək istəyir. Ancaq bu, dekabr ayında qəti mövqe tutan Pauelllə arasında gərginlik yaradır. Bazarlar bu qeyri-müəyyənliyin öhdəsindən gəlməyə çalışır. Faiz dərəcələri çox sürətlə aşağı düşərsə, inflyasiyanın sürətlənə biləcəyi ilə bağlı narahatlıqlar var. Bu da ənənəvi və rəqəmsal aktivlərə, xüsusən də bitkoinə təsir edə bilər” ifadələrinə yer verib.

Varma əlavə edib ki, inflyasiya nəzarətdə qaldıqda və iqtisadi artım davam etdikcə, bitkoin kimi kriptovalyutaları güclü investisiya aləti kimi görmək olar.

Bazar ertəsi bitkoin 50 günlük Eksponensial Hərəkətli Ortaya (EMA) 98 223 dollara düşdükdən sonra bərpa olunub və 102 000 dolların üzərində bağlanıb. 

Bununla belə, çərşənbə axşamı qiymət yenidən düşüb və 102 800 dollar civarında ticarət edilir. 

Əgər bitkoin 100 000 dollardan aşağı düşərsə və gündəlik bağlanışını 50 günlük EMA-nın altında edərsə, eniş sürətlənə bilər və qiymət növbəti kritik dəstək səviyyəsinə 90 000 dollara enə bilər.

Belə ki, texniki göstəricilər qarışıq siqnallar verir. Nisbi Güc İndeksi (RSI) çərşənbə axşamı günü 50 səviyyəsindən yuxarı qalxıb. Bu da bir qədər yüksəliş sürətini göstərir. 

Bununla belə, Hərəkətli Orta Konvergensiya Divergensiya (MACD) indikatoru çərşənbə axşamı satış siqnalı verib və bu da eniş trendinin başlaya biləcəyini göstərir. 

Digər tərəfdən, bitkoin bərpa olunmağa davam edərsə, yanvarın 20-də əldə etdiyi 109 588 dollara çatan bütün zamanların ən yüksək səviyyəsini yenidən sınaqdan keçirə bilər.

Избранный
3
8
cebheinfo.az

8Источники