RU

Rövzət Qasımov: Seçkidə hər hansı pozuntu halı ilə bağlı MSK-ya müraciət daxil olmayıb

Bu vaxta qədər seçkidə hər hansı bir pozuntu halı ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət daxil olmayıb.

Bunu MSK-nın sədr müavini Rövzət Qasımov deyib.

Onun sözlərinə görə, seçki prosesində seçici fəallığı ilə yanaşı, şəffaflıq da müşahidə olunur: “Bu vaxta qədər MSK-ya 30-a yaxın zəng gəlib. Bu zənglər məlumat almaq məqsədli olub”.

Sədr müavini onu da bildirib ki, sosial şəbəkə və media MSK tərəfindən izlənilir: “Bu mənada, hansısa neqativ hal olarsa, komissiya onu araşdırmağa hazırdır”.

Избранный
2
7
aznews.az

10Источники