RU

Qazaxıstan mediası: Xəzər dənizinin dayazlaşması ilə bağlı Azərbaycanın müzakirələrin aparılması təklifinə xüsusi diqqət yetirilib

Qazaxıstan Xəzər dənizinin dayazlaşması ilə bağlı məsələləri Xəzər Tədqiqat İnstitutunun mütəxəssis və ekspertlərini cəlb etməklə ölkə daxilində müzakirə edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Kazinform” beynəlxalq informasiya agentliyinin “Qazaxıstan Xəzər dənizinin dayazlaşması ilə mübarizə üçün ekspertlərdən ibarət işçi qrupu yaradır” sərlövhəli məqaləsində deyilir.

Məqalədə bildirilir ki, ötən il noyabrın 18-də Bakıda Azərbaycanın sədrliyi ilə baş tutmuş COP29 çərçivəsində iqlim dəyişikliyi fonunda Xəzər dənizində suyun azalmasının müzakirəsinə həsr olunmuş tədbirlər keçirilib. Müzakirələr zamanı Xəzər dənizinin dayazlaşmasının aradan qaldırılması ilə bağlı təkliflər səsləndirilib, habelə bu ekoloji böhranın nəticələrinin yumşaldılması üçün tədbirlər planı təklif edilib.

Məqalədə bildirilib ki, Azərbaycanın Xəzər dənizinin dayazlaşdırılması ilə bağlı peşəkar müzakirələrin aparılması təklifinə xüsusi diqqət yetirilib.

Qazaxıstanın Su Ehtiyatları və Suvarma Nazirliyinin verdiyi açıqlamaya görə, Xəzər dənizinin vəziyyəti bütün sahilyanı dövlətlər tərəfindən diqqətlə izlənilir. Nazirlikdən bildirilib ki, Azərbaycan, Rusiya, İran, Türkmənistan və Qazaxıstan tərəfindən imzalanmış Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyasının (Tehran Konvensiyası) sammit və iclaslarında Xəzər dənizinin su səviyyəsi və vəziyyəti həmişə müzakirə olunur. Xəzər dənizinin su səviyyəsindəki dəyişiklikləri beştərəfli formatda öyrənmək üçün ekspertlərdən ibarət işçi qrupunun yaradılması təklif olunub və hazırda qrupun tərkibinin yaradılması ilə Qazaxıstan məşğul olur.

Nazirlikdən bildirilib ki, Qazaxıstan Xəzər dənizinin dayazlaşması ilə bağlı məsələləri Xəzər Tədqiqat İnstitutunun mütəxəssis və ekspertlərini cəlb etməklə ölkə daxilində müzakirə edəcək.

Mütəxəssislərin fikrincə, 2006-cı ildən bəri Xəzər dənizinin suyunun səviyyəsi təxminən 2 metr aşağı düşüb və bəziləri bunun Volqa və Ural çaylarının yuxarı axınında su anbarlarının tikintisi ilə bağlı olduğunu düşünürlər.

Избранный
6
2
xalqqazeti.az

4Источники