RU

Texnologiyada yeni era: “OpenAI” ABŞ DÖVLƏT QURUMLARI ÜÇÜN YENİ PLATFORMA YARADIB

Süni intellekt şirkəti “OpenAI” ABŞ dövlət qurumlarına öz ehtiyaclarına uyğun fərdiləşdirilmiş süni intellekt həlləri təqdim etmək məqsədilə "ChatGPT Gov" adlı yeni platformasını elan edib.

Avtosfer.az xəbər verir ki, “OpenAI”ın açıqlamasına görə, bu təşəbbüs ABŞ hökumətinin süni intellektdən daha effektiv və məhsuldar şəkildə yararlanmasını təmin etməklə yanaşı, ölkənin bu texnologiya sahəsindəki qlobal liderliyini qorumasına və inkişaf etdirməsinə dəstək məqsədi daşıyır.

Şirkət məhsullarını dövlət qurumlarının istifadəsinə təqdim etməklə süni intellektin milli və ictimai maraqlara xidmət etməsini təmin etməyə çalışdığını vurğulayıb. Həmçinin bu texnologiyanın siyasətçilərin və dövlət qurumlarının vətəndaşlara daha keyfiyyətli xidmət göstərməsinə kömək edəcəyinə diqqət çəkilib.

Açıqlamada qeyd olunub ki, "ChatGPT Gov" dövlət təşkilatlarına təhlükəsizlik, məxfilik və uyğunluq tələblərini daha rahat idarə etmək imkanı yaradacaq. OpenAI bu infrastrukturun, həssas qeyri-ictimai məlumatların işlənməsi üçün daxili icazə proseslərini sürətləndirəcəyinə inanır.

Bundan əlavə, “OpenAI”, "ChatGPT Gov" platformasının dövlət qurumlarının şirkətin texnologiyasından səmərəli şəkildə faydalanmasına kömək edəcəyini vurğulayıb. Məlumata görə, ABŞ-dakı dövlət qurumlarına artıq 18 milyondan çox mesaj göndərilib.

 

Eltac Zülfüqaroğlu

Избранный
9
32
avtosfer.az

10Источники