''Qalatasaray''da icarə əsasında forma geyən və sərgilədiyi performansla qısa müddətdə fanatların sevimlisinə çevrilən Viktor Osimhen mövzusunda yeni xəbərlər var.
İtaliyanın ''Corriere dello Sport'' və ''La Repubblica'' nəşrlərinin iddiasına görə İstanbul nəhəngi növbəti dəfə nigeriyalı ulduzu daimi əsasda heyətinə qatmağa cəhd göstərib.
Belə ki, Türkiyə çempionu ''Napoli''yə Türkiyə futbolu üçün inanılmaz və astronomik səslənən bir məbləğ - 65 milyon avro təklif edib! Amma danışıqlar prosesi qısa çəkib. Çünki ''Napoli'' rəhbərliyi bu təklifi geri çevirib. Osimhenin sərbəst qalma maddəsi 75 milyon avrodu və italyanlar bu məbləğdən 1 qəpik də aşağı enmək niyyətində deyillər. Xəbərdə qeyd olunub ki, Osimhenin daha öncəki sərbəst qalma maddəsi 120 milyon avro idi. ''Napoli'' onunla müqaviləni yeniləmək üçün bu məbləği 75 milyon avroya endirməyə razı olmuşdu. Ona görə də neapollular bundan artıq güzəşt etmək niyyətində deyillər.
Xəbərdə daha bir diqqətçəkən detal qeyd olunub. Sən demə ''Qalatasaray'' artıq icarə haqqı kimi ''Napoli''yə 6 milyon avro ödədiyindən 75 milyon avroluq sərbəst qalma maddəsi yalnız İstanbul nəhəngi üçün keçərlidi. Digər klublar üçün hazırda bu məbləğ 81 milyon avrodu. Yaydan etibarən isə 75 milyon avroluq sərbəst qalma maddəsi artıq bütün klublara şamil ediləcək. ''Napoli''nin başqanı Aurelio de Laurentis Osimhenin Türkiyədəki performansını diqqətlə təqib edir. O, 26 yaşlı ulduzun satışı məsələsində tələsmək istəmir və yay aylarını gözləmək niyyətindədi.
''Napoli'' bu yaxınlarda zatən Kvaratsxeliyanı 70 milyon avroya PSJ-yə göndərdi. Komandanın indi təcili olaraq pula ehtiyacı yoxdu. Osimhen özü də mövsümü Türkiyədə bitirmək istədiyini dəfələrlə açıqlayıb.
Qısası, bu futbolçunun gələcək taleyinə mövsüm bitdikdən sonra aydınlıq gələcək. Osimhenin indiyə qədər ''Qalatasaray''da iştirak etdiyi 20 rəsmi oyunda aktivinə 16 qol, 5 məhsuldar ötürmə yazdığını bildirək.
ƏLİ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта