RU

Şəhid nənəsi: Ölkəmizdə daim əmin-amanlıq olmasını arzulayıram

Balakən rayonundan olan Vətən müharibəsi şəhidi Vahid Əlisoltanovun nənəsi Əlisoltanova İsiyət İsrafil qızı bələdiyyə seçkilərində səs verib.

AZƏRTAC xəbər verir ki, seçkilərdə iştirak etmək arzusunda olan 91 yaşlı İsiyət nənənin müraciətinə əsasən, məntəqə seçki komissiyası tərəfindən onun yaşadığı evə daşınan seçki qutusu göndərilib. Nənə oğlunun köməyi ilə seçki bülletenini dolduraraq qutuya atıb.

Ölkəmizdə daim sülhün, əmin-amanlığın olmasını arzulayan nənə deyib: “Şükür Tanrıya ki, nəvəmin, digər şəhidlərin qanı yerdə qalmadı, torpaqlarımız düşməndən azad olundu. Arzu edirəm ki, bir daha müharibə olmasın, analar, nənələr gözü yaşlı qalmasın. Nəvəmlə fəxr edirəm. O, nəslimizin, kəndimizin, rayonumuzun adını yüksəklərə qaldırdı”.

Qeyd edək ki, Gərəkli kəndində yaşayan 1934-cü il təvəllüdlü İsiyət nənənin 8 övladı, 24 nəvəsi, 5 nəticəsi və bir kötücəsi var.



Избранный
12
herbiand.az

1Источники