RU

Madonna Trampın fərmanını pislədi



Amerikalı müğənni Madonna ABŞ prezidenti Donald Trampın transgenderlərin hərbi xidmət keçməsini qadağan edən fərmanını tənqid edib.

Bakupost.az xəbər verir ki, sənətçi bu barədə fikrini X sosial şəbəkə hesabında bildirib.

“Yeni hökumətin illər boyu mübarizə apardığımız və qazandığımız azadlığı yavaş-yavaş məhv etməsini izləmək çox kədərlidir. Təslim olmayın!” - deyə müğənni yazıb.

Madonna həmçinin paylaşımında qırıq ürək və LGBT bayrağının emojilərindən istifadə edib.

Qeyd edək ki, yanvarın 21-də Tramp transgender şəxslərin ABŞ ordusunda xidmət etməsinə icazə verən müddəanı ləğv edən fərman imzalayıb.
Daha sonra Politico qəzeti yazıb ki, ABŞ prezident administrasiyasının qərarları Amerika ordusunda xaosa səbəb olub. Çünki Pentaqonun yüksək vəzifəli şəxsləri Ağ Ev rəhbərinin müxtəlifliyə dair fərmanlarını yanlış şərh edib və ordunun yeni silah alqı-satqı müqavilələrini dondurublar.

Lalə, BakuPost

Избранный
11
bakupost.az

1Источники