Moskva Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası məsələsində yaxşı irəliləyiş olduğunu qeyd edir.
Leqal.info xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
O qeyd edib ki, Rusiya Bakı ilə İrəvan arasında iki ölkənin Gürcüstanla sərhədlərindən başlayaraq cənuba doğru delimitasiya və demarkasiya prosesinə başlamaq haqqında razılaşmaları alqışlayır.
"Çox böyük, yaxşı irəliləyiş əldə olunub. Sərhədin bir hissəsi delimitasiya və demarkasiya olunub. İndi onlar (Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan - red.), bildiyimə görə, bu yaxınlarda görüşüblər. Biz bu cür təmasları və bu cür birgə işi hər zaman alqışlamışıq, çünki bu, şübhəsiz ki, regionun sabitliyinə kömək edəcək", - Overçuk vurğulayıb.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта