RU

İtaliya "DeepSeek"lə bağlı araşdırmaya başlayıb

İtaliya "DeepSeek"lə bağlı araşdırmaya başlayıb

İtaliyada Fərdi Məlumatların Mühafizəsi Təşkilatının (GPDP) Çinin süni intellekt proqramı "DeepSeek" ilə bağlı araşdırmaya başladığı və şəxsi məlumatların toplandığı mənbələr haqqında ətraflı məlumat tələb etdiyi açıqlanıb.GPDP tərəfindən verilən açıqlamada məlumatın "DeepSeek" chatbot xidmətini təqdim edən “Hangzhou DeepSeek Süni İntellekt” və “Beijing DeepSeek Süni İntellekt” şirkətlərindən tələb edildiyi bildirilib.Açıqlamaya görə, sözügedən Çin süni intellekt tətbiqlərindən hansı şəxsi məlumatların, hansı mənbələrdən, hansı məqsədlə və hansı qanuni şəkildə toplandığını yoxlamaq istənilib.Açıqlamada bu tələbin məqsədinin toplanan məlumatların Çindəki serverlərdə saxlanıb saxlanmadığı və İtaliyada milyonlarla insanın məlumatlarının risk altında ola biləcəyi ifadə edilib.Bildirilib ki, GPDP sözügedən şirkətlərə şəxsi məlumatları hansı mənbələrdən topladıqlarını aydınlaşdırmaq üçün 20 gün müddət verib.Qeyd edək ki, GPDP 2023-cü ilin martında ABŞ-da yerləşən "OpenAI"nin "ChatGPT" süni intellekt tətbiqi ilə bağlı araşdırmaya başlayıb, şəxsi məlumatların toplanması qaydalarını pozmaqda şübhəli bilib və tətbiqə girişi müvəqqəti olaraq dayandırıb."OpenAl"nin "ChatGPT" istifadəçilərinin məxfiliyini qorumağı və istifadəçi hüquqlarına daha çox diqqət yetirməyi öhdəsinə götürdükdən sonra İtaliya 2023-cü ilin aprelində giriş qadağasını ləğv edib.

Избранный
16
38
afn.az

10Источники