RU

İtaliyada Çinin bu tətbiqi ilə bağlı araşdırmaya başlanıldı

İtaliyada Çinin “DeepSeek” süni intellekt tətbiqi ilə bağlı araşdırmaya başlanıb.

Axar.az xəbər verir ki, İtaliyanın Fərdi Məlumatların Mühafizəsi Təşkilatı araşdırma çərçivəsində “DeepSeek” çatbot xidmətini təqdim edən şirkətlərdən şəxsi məlumatların toplandığı mənbələr haqqında ətraflı məlumat tələb edib. Eyni zamanda, tətbiq vasitəsilə şəxsi məlumatların hansı mənbələrdən, hansı məqsədlə və qanun çərçivəsində toplandığı yoxlanılacaq, həmçinin bunun aydınlaşdırılması üçün 20 gün vaxt verilib.

Qeyd olunub ki, toplanan məlumatların Çindəki serverlərdə saxlanıb-saxlanmadığı aydınlaşdırılmalıdır. Çünki İtaliyada milyonlarla insanın məlumatları risk altında ola bilər.

Избранный
6
7
herbiand.az

9Источники