Avropa İttifaqı (Aİ) Çin və ABŞ kimi rəqiblərlə rəqabət aparmaq üçün bürokratik prosedurları azaltmağı, süni intellekt və texnologiya şirkətləri kimi sahələrə investisiyaları artırmağı və enerji xərclərini azaltmağı planlaşdırır.
Turkustan.az xəbər verir ki, AB Komissiyası yeni dövrünün ilk böyük araşdırması olan və 5 illik dövrdə iqtisadiyyat sahəsində aparılacaq işlər üçün strateji çərçivə təmin edəcək "Rəqabət Qabiliyyətlilik Kompası" adlı sənədi dərc edib.
Buna uyğun olaraq, Aİ-nin texnologiyaların, yeni xidmətlərin və təmiz məhsulların kəşf edildiyi, istehsal edildiyi və bazara çıxarıldığı bir yerə çevrilməsi hədəflənəcəkdir.
Avropada innovasiya boşluğunun aradan qaldırılması əsas prioritetlərdən biri olacaq. İnnovasiyaya diqqət yetirərək, yüksək texnologiyalı sektorlardakı innovativ sahibkarlara və şirkətlərə dəstək veriləcək. Yeni strategiya ilə yeni texnologiya şirkətlərinin yaranmasına və böyüməsinə mane olan problemlər aradan qaldırılacaq.
Bu kontekstdə Komissiya əsas sektorlarda süni intellektin inkişafı və sənayedə tətbiqini təmin etmək üçün təşəbbüslər hazırlayacaq.
Aİ həmçinin qabaqcıl materiallar, kvant, biotexnologiya, robototexnika və kosmik texnologiyalar üzrə fəaliyyət planlarını təqdim edəcək.
AB daxilində şirkət, əmək, vergi və iflas hüququ kimi sahələrdə qaydalar sadələşdiriləcək və şirkətlər üçün xərclər azalacaq.
Karbonsizləşdirmə və rəqabətqabiliyyətlilik üçün ümumi yol xəritəsi digər əsas prioritet olacaqdır. Yüksək və son dərəcə dəyişkən enerji qiymətlərinin Avropada əsas problem olduğunu nəzərə alaraq, təmiz və sərfəli enerjiyə çıxışı təmin etmək üçün addımlar atılacaqdır.
Təmiz Sənaye Müqaviləsi ilə dekarbonizasiyaya rəqabət yönümlü bir yanaşma ortaya qoyulacaq. Aİ təmiz texnologiyalardan istifadə edən və enerji tutumlu sənayelər də daxil olmaqla dairəvi biznes modellərini qəbul edən cəlbedici istehsal mərkəzi olmağı hədəfləyəcək.
Aytən Yaşar/ Turkustan.az