Dövlət Dumasının sədri Vyaceslav Volodin, ABŞ-ın keçmiş prezidenti Co Baydenə və keçmiş dövlət katibi Entoni Blinkenə, Rusiya lideri Vladimir Putinə qarşı sui-qəsd müzakirələrində iştirak etdikləri iddiaları ilə elektrikli stul təhdidi edib. Volodin, "Bu cinayətdir. Bəyan etsinlər ki, bu, demokratiya ölkəsidir. Bayden və Blinken elektrikli stula göndərilsin, o zaman bütün dünya görəcək — bu, demokratiya," deyə bildirib.“Ulusum”.az rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama, bir gün əvvəl amerikalı jurnalist Taker Karlsonun Bayden administrasiyasının Putini aradan qaldırmağa çalışdığı və bu işdə Blinkenin fəal rol oynadığını söyləməsindən sonra gündəmə gəlib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, jurnalistin sözlərini şərh etmədiklərini bildirərək, heç bir sübut təqdim edilmədiyini qeyd edib.Səidə
Diqqət Çəkənlər
Sabah Türkiyə, Azərbaycan və Özbəkistan arasında üçtərəfli görüş keçiriləcək
Hindistanlı qadın mobil telefonu udaraq həyatını itirib
Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib