RU

Məhbuslara gizlicə telefon verən nəzarətçi cəzalandırılıb

Məhbuslara

Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində gizli şəkildə iki məhbusa telefon ötürən nəzarətçi cinayət məsuliyyətinə cəlb edilib."Ulusum".az “Qafqazinfo”ya istinadən məlumat verir ki, xidmətin əməkdaşı 1996-cı il təvəllüdlü Niyaməddin Tağıyev Cinayət Məcəlləsinin 308 və 317-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə və cəzaçəkmə müəssisəsinin normal fəaliyyətini pozma) maddələri ilə təqsirli bilinib.Həbsxana nəzarətçisinin gizli şəkildə işlədiyi müəssisəyə telefon keçirməsi və orada cəza çəkən məhbuslara verməsi məlum olub.Bildirilib ki, N.Tağıyev həmin məhbuslardan birini daha əvvəldən tanıyırmış və bu münasibətə görə öz təşəbbüsü ilə cəza çəkən şəxs üçün ciddi nəzarətin olduğu yerə telefon keçirib.Sabunçu Rayon Məhkəməsinin hökmü ilə işdən çıxarılan həbsxana əməkdaşına 5 min manat cərimə cəzası verilib. Onun 2 il müddətində vəzifə tutmaq hüququ da məhdudlaşdırılıb.

Diqqət Çəkənlər

Sabah Türkiyə, Azərbaycan və Özbəkistan arasında üçtərəfli görüş keçiriləcək

Hindistanlı qadın mobil telefonu udaraq həyatını itirib

Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib

Избранный
6
5
ulusum.az

7Источники