RU

“Olimpiakos” – “Qarabağ” – STATİSTİKA NƏ DEYİR?

“Qarabağ” Avropa Liqasının Liqa mərhəlisinin sonuncu – VIII turu çərçivəsində Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşacaq. “Georgios Karaiskakis” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Komandaların hazırki durumuna görə “Olimpiakos”un qələbə qzanmaq şansı daha yüksəkdir. “Mavroprasinilər” 7 turdan sonra aktivindəki 12 xalla 36 komanda arasında 12-ci pillədə qərarlaşıb. Aktivindəki 3 xalla “atlılar” bu siyahıda 34-cü yeri tutur.

Komandalar arasında keçmişdə oyunlara, baxdıqda, “Qarabağ”ın göstəriciləri daha yaxşıdır. Belə ki, hər iki kollektiv 2022/23-cü illər mövsümündə Avropa Liqasının H qrupunda üz-üzə gəlib. Bakıdakı oyun 0:0 hesabla bitdiyi halda, Qurban Qurbanovun rəhbərliyindəki komanda səfərdə “Olimpiakos”un qapısından 3 cavabsız top keçirtməklə qalib gəlib. Həmin mövsümü “Qarabağ” qrupda üçüncü bitirdiyi halda, yunanlar isə sonuncu olmuşdur.

Ümumən “Qarabağ”ın Avropa arenasında yunan klublarına qarşı üstünlüyü var. Avropa Liqasının 2016/17-ci illər mövsümündə Yunanıstanın köklü kublarından olan PAOK ilə J qrupunda yer alan Ağdam təmsilçisi bu dəfə də rəqibindən üstün olmuşdu. Səfərdə keçirilən matçda 1:0 hesabla qalib gələn “atlılar” Bakıdakı qarşılaşmada 2:0-lıq nəticəylə yadda qalıb.

İndiyənə qədər 4 dəfə Yunanıstan klublarıyla üz-üzə gələn “Qarabağ”ın aktivində 3 qələbə və 1 heç-heçə yer alır.
Ona görə də qarşıdakı matçın autsayderi olmasına baxmayaraq, Ağdam təmsilçisinin yunan klubları üzərində böyük nüfuz üstünlüyü var.

Mirkamal Kazım

Избранный
14
16
futbolpress.az

10Источники