RU

Psixiatr: Böyüklər stresdən azad olmaq üçün yumşaq oyuncaq alırlar

Psixiatr:

Psixiatr Aleksey Vilkov, "Veçernaya Moskva"ya verdiyi müsahibədə, böyüklərin özlərinə yumşaq oyuncaqlar almasının, yığılan stresi azaltmaq və uşaqlığa qayıtmaq məqsədini güddüyünü bildirib. Həmçinin, belə alış-verişlər artan infantilizm əlaməti ola bilər, — deyə o, əlavə edib.Vilkovun sözlərinə görə, oyuncaqları yüngülcə oxşayaraq və ya toxunaraq insan xoşbəxtlik hissi yaşayır, bu da rahatlanmağa kömək edir. Yumşaq oyuncaqlara olan sevgi, bəzən insanın uşaqlıqdan bəri daşıdığı infantilizmə işarə edir. Belə insanlar, uşaqlıq davranışlarını buraxmaqda çətinlik çəkir və bunu böyüklükdə də yaşamaq istəyirlər.Psixiatrın fikrincə yumşaq oyuncaqlara artan tələbat, böyüklərin valideynlərinə qarşı olan həsrətini də əks etdirə bilər. Oyuncaqları qucaqlayıb onlarla yatmaq, insanların daxili olaraq qayğısız uşaqlığa qayıtmaq istəyini nümayiş etdirə bilər, — deyə Vilkov əlavə edib.Səidə

Diqqət Çəkənlər

Araşdırma: Oleanol turşusu kimyaterapiyanın effektivliyini artırır

Sabah Türkiyə, Azərbaycan və Özbəkistan arasında üçtərəfli görüş keçiriləcək

Hindistanlı qadın mobil telefonu udaraq həyatını itirib

Избранный
12
ulusum.az

1Источники