RU

İsraildən sabah azad ediləcək girovlarla bağlı - Açıqlama

İsrail sabah HƏMAS-ın azad edəcəyi girovların siyahısını aldığını təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.

“İsrail sabah HƏMAS əsirliyindən azad ediləcək girovların siyahısını alıb”, - bəyanatda deyilir.

Ofis olar barəsində şəxsi təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, yanvarın 17-də İsrailin hərbi-siyasi kabineti Qəzza zolağında atəşkəs razılaşmasını təsdiqləyib. Birinci mərhələ min fələstinli məhbusun əvəzində 33 israilli girovun azad edilməsini nəzərdə tutur. İsrail qoşunları atəşkəs müddəti ərzində orada qalacaqları Qəzza zolağının sərhədlərinə çəkiləcək.

Eyni zamanda, İsrail hakimiyyəti Qəzzada qalan girovların ümumi sayını sağ qalmayanlar da daxil olmaqla 98 nəfər hesab edir.

Sonradan bildirilib ki, Fələstinin HƏMAS hərəkatı İsrailin Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmağa davam edərsə, yanvarın 30-da əlavə girovlar qrupunu azad etmək öhdəliyinə yenidən baxa bilər.

Избранный
3
3
qafqazinfo.az

10Источники