RU

Aleksdən Antalyada yaşadıqları ilə bağlı səmimi etiraflar

Ötən ilin iyulun 1-dən bu ilin yanvarın 13-nə qədər ''Antalyaspor''u çalışdıran Aleks de Souza Braziliyanın ''Umdois Esportes'' nəşrinə verdiyi son müsahibədə Türkiyədə yaşadıqları ilə bağlı mühüm ifadələr işlədib.

''Football-plus.az'' xəbər verir ki, maddi sıxıntılar içində olan Antalya təmsilçisi Aleksin dönəmində 18 superliqa matçından 6 qələbə, 3 heç-heçə, 9 məğlubiyyətlə ayrılmış oldu. Aleks qovulduqdan bir gün sonra onun yerini Əmrə Belözoğlu tutdu. Futbolçu kimi Türkiyədə böyük iz buraxmış 47 yaşlı mütəxəssis bunları deyib:

''Hər şeydən öncə çox mühüm bir təcrübə yaşadım. Türkiyə macərasının yaxşı olan tərəfi məhz budu. Həm yaxşı, həm də pis performans sərgilədiyimiz matçlar oldu. Mənim qarşıma Türkiyə kubokunda ən azı qrup mərhələsinə qədər irəliləmək və komandanı düşmə zonasından uzaq, təxminən 10-14-cü pillələrdə saxlamaq hədəfi qoyulmuşdu. Yəni rəhbərliyin mənim qarşıma qoyduğu hədəflərə çatdım. Bu, şəxsi olaraq mənim üçün böyük bir zəfərdi. Özü də bunu rəhbərliyin verdiyi vədləri yerinə yetirməkdən boyun qaçırdığı bir dönəmdə bacardım. Bu məqam mənim işimi bir xeyli çətinləşdirdi. Necə çətin bir durumda çalışdığımı anlamağınız üçün sizə sadə bir misal gətirim. Anlaşmanın bir parçası olaraq ilk ayın maaşı dərhal hesabımıza köçürüldü. Bunun sayəsində hər kəs yeni işinə, yəni şəhərdəki həyatına başlaya bildi. Amma həmin aydan sonra biz bir daha maaş üzü görmədik! Yayda 5 futbolçunun transferini tələb etdim. Amma onlardan yalnız birini (braziliyalı Talissonu nəzərdə tutur) aldılar. Mərkəz hücumçusu kimi hərəkətli bir futbolçunun alınmasını istədim. İstədiyim tərzdə futbolçu alsaydıq, mənim sistemim daha faydalı olardı. Amma əvəzində qəribə şəkildə argentinalı bir oyunçu (Adolfo Qaiçi nəzərdə tutur) aldılar. İstədiyim özəlliklərin heç biri onda yox idi. Əksinə ucaboy və ağır bir forvard idi. ''Antalyaspor''da üç fərqli şəxs özün klub prezidenti kimi aparır. Daha iki yönətici isə məşqçilər korpusunun razılığı olmadan özləri istədikləri futbolçuları transfer edirlər. Orda işlədiyim aylar ərzində Joze Mourinyo ilə bir neçə dəfə söhbət etmək fürsətim oldu. Mənə qarşı çox yaxşı davrandı. Futbol haqda müzakirələr apardıq. Həqiqətən də çox böyük və önəmli bir futbol adamıdı. Oyunçular, rəhbərlik, mətbuat, fanatlarla olan münasibət baxımından Türkiyə mənə böyük təcrübə qazandırdı''.

ƏLİ
Избранный
8
football-plus.az

1Источники