RU

Kobaxidze sabah Paşinyanın yanına gedəcək

Yanvarın 30-da Gürcüstanın baş naziri İrakli Kobaxidze Ermənistana səfər edəcək nümayəndə heyətinə rəhbərlik edəcək və iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasında iştirak edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan hökumətinin mətbuat xidməti yayıb.

Hökumətlərarası Komissiyanın iclasından sonra Kobaxidze və Ermənistanın baş naziri Nikol Paşinyan media üçün birgə bəyanatla çıxış edəcəklər. Bundan əlavə, iki ölkənin hökumət başçılarının təkbətək görüşü olacaq.

Xatırladaq ki, Hökumətlərarası Komissiyanın əvvəlki, 13-cü iclası 2024-cü ilin yanvarında Tbilisidə baş tutub.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Избранный
4
30
konkret.az

10Источники