RU

709 azərbaycanlı ABŞ-dan qovulur

ABŞ-nin Miqrasiya və Gömrük Xidmətinin (ICE) 2024-cü ilin noyabrında tərtib etdiyi deportasiya olunacaq şəxslərin siyahısına 709 Azərbaycan vətəndaşı da daxil edilib.

Bu barədə “Report” “Fox News”ə təqdim edilmiş ICE sənədinə istinadən xəbər verir.

Məlumata görə, siyahıya ABŞ-də olan 1,4 milyon qeyri-qanuni mmiqrant daxildir. Ədliyyə Nazirliyinin miqrasiya məhkəməsi tərəfindən onların deportasiyası barədə qərar qəbul edilib. Lakin onlar hələ də ABŞ-dədirlər və həbsdə deyillər.

Bu siyahıda qanunsuz miqrantların ən çox sayı Honduras (261.651), Qvatemala (253.413), Meksika (252.044), Salvador (203.822) və digər əsasən Latın Amerikası ölkələrindən olan şəxslərdir.

Siyahıya, həmçinin keçmiş SSRİ (337 nəfər) və keçmiş Yuqoslaviya (845 nəfər) pasportlarına malik şəxslər də daxildir.

Избранный
15
6
aznews.az

10Источники