RU

Sergey Yakiroviç rəsmən “Kayserispor”da!

Zaqreb “Dinamo”sunun (Xorvatiya) sabiq baş məşqçisi Sergey Yakiroviç bundan sonra Türkiyə Super Liqasında çalışacaq.

Arena.az xəbər verir ki, bosniyalı mütəxəssis Super Liqa təmsilçisi “Kayserispor”la anlaşıb.

Məlumatı Türkiyə klubunun mətbuat xidməti yayıb. 48 yaşlı mütəxəssislə 1,5 illik müddətə müqavilə imzalanıb. O, bu postda bir neçə gün öncə vəzifəsindən qovulmuş Sinan Kaloğlunu əvəz edib.

Xatırladaq ki, “Kayserispor” Türkiyə Super Liqasının cari mövsümündə uğursuz çıxışı ilə diqqət mərkəzindədir. Komanda keçirdiyi 19 oyunda 16 xal qazanıb və 19 iştirakçı arasında 17-cidir. Kayseri təmsilçisi 19 oyunda 3 qələbə qazanıb, 7 heç-heçə edib və 9 məğlubiyyətə üzülüb.

Sinan Kaloğlu 2024-cü ilin oktyabr ayından “Kayserispor”a rəhbərlik edirdi. O, bu komandanı cəmi 13 oyuna çıxarıb. Kayseri təmsilçisi bu görüşlərdə cəmi 3 qələbə qələbə qazanıb, 3 heç-heçə edib, 7 məğlubiyyət görüb. Kaloğlu daha öncə “Altay” və “Gənclərbirliyi”nə də rəhbərlik edib.

Sergey Yakiroviçin sonuncu iş yeri isə Xorvatiya çempionu “Dinamo” olub. O, 2024-cü ilin sentyabrında UEFA Çempionlar Liqasının Liqa mərhələsində Almaniya nəhəngi “Bayern”ə 2:9 hesablı məğlubiyyətdən sonra Zaqreb klubundan qovulmuşdu. Xorvatiya nəhəngi onun rəhbərliyi altında almanlardan əvvəl, ÇL-in pley-off mərhələsində “Qarabağ”la qarşılaşmış və hər iki oyunda (3:0, 2:0) qələbə qazanmışdı.

Sergey Yakiroviç “Dinamo”dan öncə məşqçiliyə 2017-ci ildən başlayıb. 48 yaşlı mütəxəssis “Sesvete”, “Qoritsa”, “Maribor”, “Zrinski”, “Riyeka” kimi komandalara da rəhbərlik edib.

Избранный
4
7
arena.az

8Источники