Bakı. Trend:
Ötən il Azərbaycanda həyat sığortası növlərinin hesabına 643,8milyon manat sığorta haqqı toplanılıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldəedib.
Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə218,7 milyon manat və ya 51,5% çoxdur. Həmçinin, hesabat dövründəhəyat sığortası növlərinin hesabına isə 477,4 milyon manat sığortaödənişləri həyata keçirilib ki, bu da 2023-cü ildəki göstəriciyənisbətən 232,8 milyon manat və ya 95,1% çoxdur.
Bundan başqa, ötən il ölkədə qeyri-həyat sığortası növlərininhesabına 367,5 milyon manat sığorta haqqı toplanılıb. Bundan başqa,bu, 2023-cü ildəki göstərici ilə müqayisədə 64,5 milyon manat və ya21,3% çoxdur.
Eyni zamanda dövr ərzində qeyri-həyat sığortası növlərininhesabına 135,5 milyon manat sığorta ödənişləri həyata keçirilib ki,bu da illik ifadədə 42,6 milyon manat və ya 45,9% çoxdur.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycanda sığortayığımlarının həcmi 1,3 milyard manat təşkil edib. Bu, 2023-cüildəki göstəricilərlər müqayisədə 130,6 milyon manat və ya 10,7%çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmiisə 752,7 milyon manat olub ki, bu da 165,4 milyon manat və ya28,1% artım deməkdir.