Mərkəzi Seçki Komissiyası bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı səsvermə prosesində seçici fəallığını açıqlayıb.
AzPost xəbər verir ki, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, seçici fəallığı 31.45 faiz olub.
Səsvermənin gedişi və nəticələri barədə məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.
Qeyd edək ki, bələdiyyə seçkilərində səsverməyə bu gün saat 08:00-da start verilib, səsvermə saat 19:00-da başa çatıb. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.