Bu barədə Ajans.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli bildirib:
“Bizim Ermənistanla münasibətlərimizin kökündə Vətən müharibəsi dayanır. Vətən müharibəsinəqədərki 30 illik işğal faktı var.Vətən müharibəsi isə qalibiyyət faktıdır. Bu Ermənistanın daha asan və daha normal başa düşə biləcəyi dildir. Bu o deməkdir ki, Azərbaycan müharibəylə, şəhidləriylə, hərbi gücüylə qalibiyyəti əldə edib və Ermənistanla münasibətləri bu müstəvidə problemlərin həllində tətbiq etmək istəmir, amma xatırlatma da verir. Ona görə simvolik olaraq, bir dronun adının “Zəngəzur” adlandırılması Zəngəzurun coğrafi, siyasi, hərbi ədəbiyyatda , hərbi-texniki ədəbiyyatda möhkəmlənməsi və beyinlərə işləməsi deməkdir. Şübhəsiz ki, bir dron istehsal olunubsa,onun da başqa formada vəzifələri var. Bu vəzifələri xatırlatmaq kifayətdir”.