İsrail tərəfi Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində yanvarın 30-da HƏMAS hərəkatı tərəfindən azad ediləcək girovların adlarını alıb.
Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
“İsrail sabah (30 yanvar) HƏMAS-ın əsirliyindən azad edilməli olan girovların siyahısını alıb”, – bəyanatda deyilir.