RU

Paşinyan onlara sərt xəbərdarlıq edib

Nikol Paşinyan komandadaxili parçalanmanın qarşısını almaq üçün bu yaxınlarda partiyadaşlarına sərt xəbərdarlıq edib.

Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki,  bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.

“Məsələ burasındadır ki, Paşinyan əvvəlki kimi xarici dünyanın etimadını qazanmır, ona görə də öz komandasında birlik olduğunu, daxili çevrilişlə üzləşmək təhlükəsini yaşamadığını, müxalifətin buna nail ola bilməyəcəyini göstərməyə çalışır. 

Bundan öncə hakim “Vətəndaş sazişi”nin üzvləri bir-birinə bağlı və mehriban bir komanda olduqlarına dair ictimaiyyətə “sübut” təqdim edəcəyi barədə məlumat gedib. Bunu ilk edənlər Sünikdəki deputatlar olub. Əslində bir-birləri ilə yola getmədiyi hər kəsə məlum olan bu məmurlar indi birliklərini sübut etmək üçün ortaq bir fotoşəkil yayımladılar.

Sonra növbə Gümrüdəki təşkilata çatıb. Bütün Ermənistan bilir ki, orada yerli qubernatorla merin bir-birini görən gözü yoxdur. Amma dünən onlar bir ziyafətdən çəkilən birgə fotonu da yayıblar. Yaxın gələcəkdə digər bölgələrdən olan partiya üzvlərinin “fotoalbomları” Ermənistan ictimaiyyətinə təqdim olunacaq”, - deyə “Hraparak” qeyd edib.

Избранный
2
olke.az

1Источники