Offsideplus.az "Misli" ilə əməkdaşlığı çərçivəsində rubrika keçirir.

"Ekspert rəyi" adlanan layihədə gündəlik 3 matçı diqqətinizə çatdırırıq. Təqdim etdiyimiz oyunları "Misli" ilə əməkdaşlıq edən mütəxəssislərin təxminlərindən seçirik.

Bu gün xüsusi önəm verdiyimiz proqnozlar aşağıdakılardır:

1. Ekspert - Nurlan Valehoğlu 

Oyun: "Barselona" - "Atalanta"

Təxmin - Hər iki komanda qol vuracaq - Bəli - Əmsal 1,38

"UEFA Çempionlar Liqasında günün afişa olaraq önə çıxan oyununda “Barselona” və “Atalanta” komandaları qarşı-qarşıya gələcək. Katalunlardan fərqli olaraq berqamoluların ilk 8-liyə düşmək üçün qələbəyə ehtiyacı var. “Barsa” son 6 görüşdə uduzmayıb. Məhsuldar oyunlar keçirən bu komandaların matçında hər iki tərəfin fərqlənəcəyini təxmin edirəm".

2. Ekspert - Fərid Ramazanov

Oyun: "B. Dortmund" - "Şaxtyor"

Təxmin - Oyun Nəticəsi 1X2 - "B.Dortmund" - Əmsal 1,33

"Son zamanlar bərbad çıxış edən "Borussiya Dortmund" UEFA Çempionlar Liqasında liqa mərhələsinin sonuncu turunda doğma "Signal İduna Park" stadionunda Ukrayna təmsilçisi "Şaxtyor Donetsk"i qəbul edəcək. "Borussiya Dortmund" bütün turnirlər daxil son 10 oyunda cəmi 1 qələbə qazana bilib. Ardıcıl 4 məğlubiyyətdən sonra baş məşqçisi Nuri Şahini istefaya göndərən komanda Almaniya Bundesliqasında həftəsonu "Verder Bremen"lə görüşdə 2-0 hesabı ilə öndə olsa da, bu üstünlüyü qoruyub saxlaya bilmədi və oyun 2-2 hesablı bərabərliklə bitdi. Çempionlar Liqasında 12 xala malik "Borussiya Dortmund" turnir cədvəlində 14-cüdür. "Şaxtyor Donetsk" isə cari mövsümdə turnirin ən zəif klublarından biri sayılsa da, Ukrayna təmsilçisi ötən turda bu sezonun sürpriz komandası "Brest"i 2-0 hesabı ilə məğlub etdi və hazırda 7 xalla turnir cədvəlində 27-cidir. Güman edirəm ki "Borussiya Dortmund" baş məşqçi səlahiyyətlərini müvəqqəti icra edən danimarkalı mütəxəssis Mayk Tüllberqin rəhbərliyi ilə ilk qələbəsini qazanar və ilk 24-də qərarlaşar". 

3. Eskpert - Tural Dadaşov

Oyun: "Mançester Siti" - "Brügge"

Təxmin - Alt/Üst 3,5 - Alt- Əmsal 1,80

"UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunda "Mançester Siti" "Bügge"ni qəbul edir. 11 xalla 20-ci pillədə olan "Brügge"nin məğlub olacağı halda da növbəti mərhələyə yüksəlmək şansı az deyil. 8 xalla 25-ci sırada olan Mançester təmsilçisi yoluna davam etmək üçün bu oyunda mütləq qələbə qazanmalıdır. Meydan sahibləri son 7 rəsmi görüşdə 5 qələbə və 1 məğlubiyyətlə yadda qalıb. "Brügge" isə bütün yarışlarda son 20 oyunda məğlubedilməzdir. Belçikalılar bu görüşlərin 15-də qələbə qazanıb. Bu qarşılaşmanın ingilislər üçün asan keçməyəcəyini düşünürəm və 3.5 alt nəticəyə oynayıram".

Daha çox oyun haqda məlumat əldə etmək üçün bura daxil ola bilərsiniz...