RU

Ombudsmandan seçki ilə bağlı BƏYANAT

Səsvermə zamanı hüquq pozuntusu və hər hansı dövlət qurumunun müdaxiləsi müşahidə olunmayıb.   Manset.az xəbər verir ki, bu fikiləri İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva yanvarın 29-da keçirilmiş bələdiyyə seçkilərində aparılmış müşahidələr barədə açıqlamasında deyib. Ombudsman seçkilər zamanı müşahidələrin bütün ölkə üzrə yaradılmış seçki məntəqələrində aparıldığını, təşkil olunmuş məntəqələrdə vətəndaşların seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazımi şəraitin yaradıldığının müşahidə olunduğunu bildirib. Müvəkkil açıqlamada əvvəlki illərdəki müsbət təcrübə nəzərə alınaraq, Ombudsman təsisatının və Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının ümumilikdə 72 nəfər əməkdaşı tərəfindən bələdiyyə seçkilərində müşahidəçi qismində respublika üzrə 101 seçki dairəsinin 708 seçki məntəqəsində - Bakıda və ölkəmizin digər 37 şəhər-rayonlarında və muxtar respublikada müstəqil olaraq, özlərinin təşəbbüsləri ilə müşahidələr aparıldığını deyib. Müşahidələr, həmçinin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində və 16 penitensiar müəssisədə təşkil olunmuş seçki məntəqələrində də aparılıb.   Eyni zamanda, müşahidələr zamanı Ombudsmanın məntəqə seçki komissiyalarının üzvləri, müşahidəçilər və seçicilərlə bilavasitə görüşdüyü, səsvermə prosesi ilə bağlı onların rəylərini öyrəndiyi qeyd edilib. Hüquq pozuntusu halları və hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri və polis əməkdaşları tərəfindən müdaxilənin müşahidə olunmadığı da diqqətə çatdırılıb.   Açıqlamada seçki günü seçki hüquqlarının pozulması ilə bağlı Ombudsmanın ünvanına hər hansı bir şikayət və müraciətin daxil olmadığı, müşahidələrin nəticəsi olaraq, bələdiyyə seçkilərinin əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada, nizam-intizamla keçirildiyi bildirilib.   Seçkilər ərəfəsində həyata keçirilmiş fəaliyyət barədə də məlumat verən Müvəkkil seçkilərin təyin olunması haqqında qərarın rəsmi elan edildiyi gündən başlayaraq, yerlərdə seçki təbliğatının aparılması üçün müəyyən olunan açıq və qapalı yerlərdə müşahidələrin aparıldığını, vətəndaşların seçki hüququnun təmini, seçki qanunvericiliyinin tələblərinin icrası vəziyyətinin dəyərləndirildiyini qeyd edib.  

Açıqlamanın yekununda bələdiyyə seçkilərində vətəndaşların təməl hüququ olan seçki hüququnun qanunvericiliyə müvafiq olaraq təmin edildiyini vurğulayıb.

Избранный
3
5
manset.az

10Источники