Xəstəxanaya yerləşdirilən Xalq artisti Fatma Mahmudovanın son vəziyyəti açıqlanıb.
OXU24.COM xəbər verir ki, aktrisanın qızı Nigar Tofiqqızı açıqlamasında sənətçinin hazırda reanimasiyada olduğunu bildirib:
"Günorta evdə oturduğu yerdə insult keçirtdi. Hazırda reanimasiyada həkim nəzarətindədir. Həkimlər yaxşı olacağını deyirlər".
***
Xalq artisti Fatma Mahmudova xəstəxanaya yerləşdirilib.
O, bu gün "İstanbul NS" klinikasına yerləşdirilib. Aktrisa hazırda həkim nəzarətindədir.
Qeyd edək ki, F.Mahmudova bundan əvvəl də beyin insultu keçirtdiyini açıqlamışdı.