RU

Bakıya gəldi, gördüklərindən şad oldu, Macarıstanın adını çəkdi

Azərbaycan Premyer Liqasında “Qarabağ”ın tayı-bərabəri olmasa da, avrokuboklara vəsiqə qazanmaq və elitada qalmaq uğrunda gərgin mübarizə gedir.

İndiyə qədər yerli və xarici mətbuata müsahibə verən əcnəbi futbolçular ölkəmizdəki rəqabətin səviyyəsindən bəhs edib, burada oynamağın asan olmadığını bildirib.

“Səbail”in yeni transferi Marko Nikoliç də Azərbaycan elitasının keyfiyyətindən razılıq edib, burada top qovmağın böyük məsuliyyət olduğunu gizlətməyib.

Buna qədər beş fərqli ölkədə (Serbiya, Ukrayna, Litva, Macarıstan, Qazaxıstan) çıxış etmiş 26 yaşlı futbolçu gördüklərindən danışıb:

“Bir çox ölkələrdə oynamışam. Səhv etmirəmsə, Azərbaycan karyeramdakı altıncı ölkədir.

Açıq deyim ki, burada oynamaq heç də asan deyil. Çünki komandaların səviyyəsi bir-birinə çox yaxındır. Və ən əsası, iştirakçılar çox yaxşı təşkilatlanıblar.

Çempionatın səviyyəsini futbolçular müəyyənləşdirir. Deyə bilərəm ki, Azərbaycanda keyfiyyətli yerli və əcnəbi futbolçular cəmlənib.

Oyun keyfiyyəti yüksəkdir, hər bir komanda sona qədər döyüşür, aşkar autsayder yoxdur.

Məsələn, burada 2-3 matçda qələbə qazanmaqda orta sıralara yüksəlib, 1 qələbə ilə yenidən aşağı yuvarlana bilərsən.

Çünki bütün komandalar bir-birindən xal alır. Rəqabət ən son həddədir. Macarıstanda da belə idi”.

Nikoliç vətəni Serbiyada “Zemun”, “İndiya”, “Rad”ın, Ukraynada Kiyev “Arsenal”ın, Macarıstanda “Debretsen” və “Budafoki”ın, Litvada “Riteryay”ın, Qazaxıstanda “Aksu” və “Turan”ın formasını geyinib.

HƏBİB / SPORTİNFO.AZ

Избранный
3
sportinfo.az

1Источники