RU

Alimlər uğurlu bir əlaqənin mühüm əlamətini aşkar ediblər

...Birlikdə çox vaxt keçirən sevgililərin uyğunlaşma (“tuninq”..?)keçirdikləri barədə bir fikir var. Yəni, onlarfərqli vəziyyətlərə oxşar reaksiya verməyə başlayırlar.

Bu ideyanı inkişaf etdirən israilli alimlər qrupu təcrübə apararaq xoşbəxt cütlükləri xarakterizə edən bir ümumi xüsusiyyət tapıblar.

SİA-nın məlumatına görə, bunu “Noj” yazır ki,

...Bu tədqiqat romantik tərəfdaşlar arasında şifahi olmayan ünsiyyət dünyasına dair dərin maraqdan ilhamlanıb..?

Bu barədə tədqiqatın həmmüəllifi və Negev Ben-Qurion Universitetinin aspirantı Reyt Maxluf-Rattner bildirib.

...Qeyd edək ki. araşdırmada 61 evli cütlük iştirak edib: onlardan 30-u münasibətlərindən razı qalıb, 31-i isə problemlərini həll etmək üçün ailə məsləhətinə müraciət edib. Təfərrüatları aydınlaşdırmaq vacibdir: birinci qrupda qadınların və kişilərin orta yaşı müvafiq olaraq 25,6 və 26,4 il, ikinci qrupda - 37 və 39 yaş olub.

Tərəfdaşlar dörd altı dəqiqəlik müzakirələrdən ibarət laboratoriya sessiyalarında iştirak ediblər. Müzakirələr müsbət və mənfi münasibətlərlə bağlı mövzular arasında növbələşib.

Yüksək dəqiqlikli kamera partnyorların üz ifadələrini, sifətin tanınması üçün xüsusi proqram isə onların təbəssümlərinin sinxronluğunu qeydə alıb.

Tədqiqatçılar daha sonra tərəfdaşların təbəssümlərinin sinxronluq dərəcəsini hesabladılar və sonra iki cütlük qrupunda nəticələri müqayisə ediblər.

Məlum olub ki, münasibətlərindən daha çox məmnun olan cütlüklərin təbəssüm sinxronluğu daha yüksək səviyyədə olub: 0,32-yə qarşı 0,49 (0-dan 1-ə qədər miqyasda). Həmçinin, birinci qrupun nümayəndələri partnyorlarının təbəssümünə təbəssümlə daha tez cavab verdilər.

Alimlərin fikrincə, araşdırmanın nəticələri göstərir ki, münasibətlərində daha az stress yaşayan cütlüklər şifahi olmayan ünsiyyətdə daha çox qarşılıqlı anlaşma nümayiş etdirirlər.

Nazlı Almuradova

Избранный
6
sia.az

1Источники