“1 589 178 nəfər səs verib. 1 580 532 bülleten sayılıb”.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin yekunları ilə bağlı brifinqdə deyib.
Onun sözlərinə görə, 118 seçki dairəsi üzrə 5 846 seçki məntəqəsinin 4 872-si artıq hesabat verib.
O bildirib ki, ümumiyyətlə, MSK-ya heç bir şikayət daxil olmayıb.
Onun sözlərinə görə, lider namizədlərin sayı 7 791 nəfərdir: "685 bələdiyyənin 413-ü artıq formalaşmış hesab edilir".
M. Pənahov qeyd edib ki, lider namizədlərin sayı 7 791 nəfərdir.