RU

Bu ilin ən dəbli məşhuru bəlli olub...

...Britaniyanın moda brendi Superdry ən dəbli məşhuru müəyyən edən araşdırmanın nəticələrini təqdim edib. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, reytinqdə birinci yeri 35 yaşlı müğənni Teylor Svift tutub.

Brendin ekspertləri 2021-ci ilin dekabrından 2024-cü ilin noyabrına qədər “moda”, “libaslar” və “stil” açar sözlərindən ibarət sorğular üzrə məlumatları təhlil ediblər.

Əldə edilən nəticələrə görə, Sviftin şəkilləri hər ay 83,2 min internet istifadəçisinin diqqətini çəkir.

İkinci yerdə stili hər ay 20,8 min insanın marağına səbəb olan britaniyalı müğənni Harri Stayls qərarlaşıb.

Aktrisa Zendaya 20,7 min istifadəçinin ona diqqət yetirməsi ilə ən dəbli məşhurların üçlüyünü tamamlayıb.

...New York Post xəbər verir ki, ilk beşliyə reper Kanye Uest və müğənni Billi Eyliş də daxil olub.

Qeyd edək ki, bir müddət əvvəl Parisdə keçirilən Dior şousunda aktyor Robert Pattinson diqqət çəkib. Mütəxəssis üslubun atmosferi necə yaratdığını və stereotipləri necə məhv etdiyini izah etmək üçün Renata Litvinovadan da istifadə edib.

Nazlı Almuradova

Избранный
2
sia.az

1Источники