RU

"Göz yaşlarımı ürəyimə axıtmışam"

"Göz yaşlarımı ürəyimə axıtmışam""O qədər hiss elədim ki, bütün ağrınızı, acınızı, bütün yaşadıqlarınızı... Keçdiyiniz sənət yolu hər birimizə bir sənət adamı kimi o qədər doğmadır ki...".

Sonxeber.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova Xalq artisti Aygün Kazımovanın "Etiraf" klipi ilə bağlı fikirlərini yazarkən qeyd edib. Sənətçi sözlərini belə davam edib:

"Hər birimiz ən azı bir dəfə o hissləri keçirmişik. Çünki boğazımızda qəhər düyünlənərkən o qədər ürəyimizə axıtmışıq ki,o göz yaşlarımızı. Axı bu gün sizin doğum gününüzdür: qəm-qüssə, kədər yox, yalnız sevinc və xoşbəxtlik yaraşır. Son vaxtlar hansısa mahnıya belə ağladığımı xatırlamıram. Dosta sadiq qalmaq mənim də hər zaman yaralı yerim olub. Əksər vaxtlar da yarımamışam dost sarıdan. Hamımız qonağıq bu dünyada. Mühüm olan necə yaşamağımızdır, neçə yox. Siz dünya durduqca sənətinizdə yaşayacaqsınız. Onsuz da Allah sizə uzun ömür, can sağlığı versin təki. Sənətimizdən əskik olmayasınız heç bir zaman. Heç yerə getməyin bu diyarda,n xahiş edirəm, biz sizi çox sevirik"./axşam.az

Избранный
15
5
sonxeber.az

8Источники