RU

Ermənipərəst Menendes 11 il müddətinə azadlıqdan məhrum edilib

Nyu-Yorkun Cənub Dairəsi Nyu-Cersi ştatının keçmiş ermənipərəst senatoru Robert Menendesi korrupsiyada, Misir və Qətər üçün qeydiyyatsız xarici agent kimi işləməkdə ittiham edərək barəsində 11 il müddətinə azadlıqdan məhrum edib.

“Report” xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

İttiham tərəfi Menendesə 15 il həbs cəzası istəsə də, hakim Sidni Steyn keçmiş senatoru maksimum müddətə cəzalandırmayıb.

Menendesin şərikləri, Nyu-Cersidə tərtibatçı Fred Deybs və Amerika vətəndaşı olan misirli iş adamı Vael Hana müvafiq olaraq 7 və 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, R.Menendes rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək və ədalətə maneə törətmək kimi 16 federal ittiham üzrə mühakimə olunub. Qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Robert (Bob) Menendes uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub.

Keçmiş senator rüşvət kimi qiymətli əşyaları, pulları, Formula 1 dünya çempionatına biletləri və dəyəri 10 min dollardan 24 min dollara qədər olan saatları qəbul edib. Bunun üçün Menendes “Qətər hökumətinin xeyrinə olan tədbirləri görməli olub”.

Избранный
13
10
report.az

10Источники