RU

Culani Suriyanın yeni prezidenti oldu

Əhməd əş-Şaraa (Culani) keçid dövründə Suriya Prezidenti vəzifəsini icra edəcək və ölkəni beynəlxalq tədbirlərdə təmsil edəcək.

OXU24.COM  xəbər verir ki, bu barədə yeni hakimiyyətin rəhbər orqanı - Hərbi Əməliyyatlar Direktorluğu bəyanat yayıb.

Qeyd edək ki, Şara Bəşər Əsəd devrildikdən sonra müvəqqəti hökumətə rəhbərlik edirdi.

Xatırladaq ki, ötən il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya Ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, bundan sonra hökumət qüvvələri şəhəri tərk ediblər. Bəşər Əsəd Suriya Prezidenti vəzifəsindən istefa verib və ölkəni tərk edib.

Избранный
3
14
oxu24.com

10Источники