RU

İnsult keçirən Xalq artistinin son vəziyyəti açıqlandı - Yenilənib - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Fatma Mahmudova xəstəxanaya yerləşdirilib.

Aktrisanın müğənni qızı Nigar Tofiqızı açıqlamasında sənətçinin son durumu ilə bağlı məlumat verib: O bildirib ki, anası hazırda reanimasiyadadır:

"Günorta evdə oturduğu yerdə insult keçirtdi. Hazırda reanimasiyada həkim nəzarətindədir. Həkimlər yaxşı olacağını deyirlər".

Qeyd edək ki, F.Mahmudova bundan əvvəl də beyin insultu keçirtdiyini açıqlamışdı.

Xalq artisti Fatma Mahmudova xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, aktrisa insult keçirib.

O, bu gün "İstanbul NS" klinikasına yerləşdirilib. Aktrisa hazırda həkim nəzarətindədir.

Qeyd edək ki, F.Mahmudova bundan əvvəl də beyin insultu keçirtdiyini açıqlamışdı./axşam.az

Məqaləyə dair fotomateriallar:


Избранный
9
2
news24.az

3Источники