“Qalatasaray” futbolçusu Hakim Ziyeşlə yollarını ayırıb.
QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 31 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Ziyeşin Qətərin “Əd-Duhail” klubuna keçəcəyi gözlənilir.
Qeyd edək ki, mərakeşli hücumçu 2023-cü ilin yayından “Qalatasaray”da çıxış edirdi. O, “sarı-qırmızılılar”ın heyətində 34 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə iedib. O, daha əvvəl "Tvente", "Ayaks" və "Çelsi"də oynayıb.