RU

Kobaxidze: ABŞ-nin dondurulmuş xarici yardımı digər ölkələrdə inqilablar üçün istifadə edilib

Prezident Donald Tramp administrasiyasının 90 gün müddətinə dayandırdığı ABŞ-nin xarici yardımı, digər ölkələrdə, o cümlədən Gürcüstanda inqilablara və iğtişaşlara sərf olunurdu.

“Report” xəbər verir ki, bunu Gürcüstanın “İmedi” telekanalında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Amerika Birləşmiş Ştatlarının indiki administrasiyası birbaşa təsdiqlədi ki, ölkənin vergi ödəyicilərinin pulları başqa ölkələrdə, o cümlədən Gürcüstanda inqilablara, iğtişaşlara və dəhşətli ssenarilərin hazırlanmasına xərclənib”- deyə, o qeyd edib.

Gürcüstan hökumətinin başçısı qeyd edib ki, rəsmi Tbilisi Tramp administrasiyasının hadisələri düzgün dəyərləndirməsindən şaddır və xarici yardımın ayrılmasının 90 gün deyil, daha uzun müddətə dondurulacağına ümid etdiyini bildirib.

Избранный
13
42
report.az

10Источники