RU

Avropa İttifaqı “müşahidəçilər"inin Ermənistanda fəaliyyətinin müddəti uzadıldı

Avropa İttifaqının (Aİ) Ermənistandakı "müşahidəçilər"inin bu ölkədə fəaliyyətinin müddəti 2027-ci il fevralın 19-dək uzadılıb.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb. 

 

Qeyd olunub ki, qərar Aİ ölkələrinin Brüsseldəki səfirləri tərəfindən qəbul edilib.

 

Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 xarici və 44 erməni əməkdaş.

 

Məlumatda o da vurğulanıb ki, bu qərar Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir.

Избранный
4
3
senzor.az

4Источники