RU

Suriya Rusiyadan Bəşər Əsədin ekstradisiyasını tələb edir -VİDEO

Suriyanın yeni hakimiyyət orqanları Rusiyadan ölkənin keçmiş prezidenti Bəşər Əsədin onlara təhvil verilməsini istəyib.

 

Bu barədə "Reuters" öz mənbələrinə istinadən məlumat yayıb.

 

"Ölkənin yeni lideri Əbu Məhəmməd əl-Culani Moskvadan dekabr ayında üsyançılar tərəfindən devrildikdən sonra Rusiyaya qaçan keçmiş prezident Bəşər Əsədin ekstradisiyasını tələb edib", - məlumatda bildirilir.

 

Bundan əlavə, Suriyanın yeni rəhbərliyi Əsəd rejiminin devrilməsindən sonra nümayəndə heyətinin ilk səfəri zamanı Rusiyadan "etimadın bərpası" məqsədilə təzminat tələb edib.

Избранный
2
23
senzor.az

10Источники