RU

Halk TV-nin yayımına görə başlanmış istintaqda 3 nəfər SAXLANILDI

Türkiyədə İstanbul Baş Prokurorluğu, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun keçirdiyi mətbuat konfransında adı çəkilən ekspertin icazəsiz qeydə alınan telefon danışığının Halk TV-də yayımlanması və həmin şəxsin hədəf göstərilməsi ilə bağlı istintaqa başlayıb.

BEY.AZ xəbər verir ki, istintaq çərçivəsində jurnalist Barış Pehlivan, Halk TV-nin məsul müdiri Serhan Asker və aparıcı Seda Selek saxlanılıb.

Prokurorluqdan verilən məlumata görə, İmamoğlu haqqında “Məhkəmə vəzifəsini yerinə yetirən şəxsi, eksperti və ya şahidi təsir altına almağa cəhd” və “Ədalətli mühakiməyə təsir etməyə cəhd” maddələri əsasında araşdırma aparılır.

Kənan YUSİF 

 

Избранный
17
Bey.az

1Источники