RU

Almaniya seçki ərəfəsində 2.5 milyard avro dəyərində silah sifariş edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Almaniya qanunvericiləri fevralın 23-də keçiriləcək növbədənkənar parlament seçkisi ərəfəsində Bundesver üçün təxminən 2.5 milyard avro dəyərində silah və avadanlıq sifarişlərini təsdiqləyiblər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat verib.
Məlumata görə, satınalmalara Almaniya Silahlı Qüvvələri üçün 1.8 milyard avro dəyərində yeni rabitə sistemi, 417 milyon avro dəyərində piyada silahları, tank əleyhinə silahlar və təxminən 100 milyon avro dəyərində silah stansiyası daxildir.
Bildirilib ki, sifarişlər Ukrayna münaqişəsi başlayandan sonra Almaniya kansleri Olaf Şolts hökumətinin təşəbbüsü ilə həyata keçirilən yenidən silahlanma proqramının bir hissəsidir.
Bundestaqın (parlament) Büdcə Komitəsi də Almaniyanın "Thyssenkrupp Marine Systems" şirkətinə Argentina üçün 4.1 milyard avro dəyərində üç 209 tipli sualtı qayığının tikintisi üzrə tenderin qalibi olmaq üzrə dövlət zəmanətinin verilməsini təsdiqləyib.
Избранный
7
50
oxu.az

10Источники