Yaponiyanın “Toyota Motor” şirkəti artıq beşinci ildir ki, avtomobil satışına görə dünyada birinci yeri tutur.
aia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Toyota Motor satışlarının həcmi 2024-cü ildə 3,7% azalsa da, Toyota dünya üzrə 10,8 milyon avtomobil satıb. Bu, ona beşinci ildir ki, dünyada birinci yeri tutmağa imkan verib”, - deyə agentliyin açıqlamasında bildirilir.