Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə etimadnaməsini Niderland Kralı Villem-Aleksandra təqdim edib.
Bu barədə Viral.az-a Səfirlikdən məlumat verilib.
Görüşdə iki ölkə arasında siyasi dialoqun gücləndirilməsi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq imkanları, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələri ətrafında fikir mübadiləsi aparılıb.
Son Yazılar:
- Azərbaycan səfiri etimadnaməsini təqdim etdi
- Biz sülh gündəliyinə sadiqik və bunu davam etdirəcəyik
- Rusiya Ukraynanın Sumı vilayətini vurdu
Regional vəziyyət ilə bağlı mövzular da diqqət mərkəzində olub. Azərbaycan diplomatı ölkəmizin ərazi bütövlüyünün bərpası fonunda bir sıra Qərb ölkələrində Azərbaycana qarşı qərəzli kampaniya, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına dair ölkəmizin mövqeyi haqqında məlumat verib.