RU

Böyük Britaniyada avtomobil istehsalı 14% azalıb

Böyük Britaniyada avtomobil istehsalı 2024-cü ildə 14% azalıb.

Böyük Britaniyada 2024-cü ildə avtomobil istehsalı 13,9% azalaraq 779,584 min ədəd təşkil edib

Operativ Media xəbər verir ki, bu barədə "Trading Economics" məlumat yayıb.

Bildirilib ki, COVID-19 pandemiyası istisna olmaqla, bu 1954-cü ildən bəri ən aşağı göstəricidir.

Daxili bazar üçün 176,019 min avtomobil istehsal olunub (illik ifadədə 8% azalma). İxrac üçün avtomobil istehsalı 15,5% azalaraq 603,565 min olub.

Belə ki, Böyük Britaniyada istehsal olunan avtomobillərin təxminən 77,4%-i ixrac edilib. Avropa İttifaqı ölkələri Britaniya avtomobillərinin əsas istiqaməti olaraq qalıb (ixracın təxminən 54%-ni təşkil edib). Çinə ixrac 21,8% azalıb, ABŞ-a isə 38,5% artıb.

Избранный
24
9
operativmedia.az

10Источники