ABŞ-da Prezident Donald Tramp administrasiyası ölkədəki ictimai səhiyyə işçilərinə Dünya Səhiyyə Təşkilatı (DST) ilə əməkdaşlığı dərhal dayandırmağı əmr edib. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) rəsmisi Con Nkenqasonq DST ilə bağlı təlimat verib.
Sərəncam ölkədəki ictimai səhiyyə müəssisələrinin yüksək səviyyəli menecerlərinə DST ilə işləyən bütün işçilərin dərhal əməkdaşlığı dayandırmalı və “əlavə rəhbərlik gözləməlidir” deyə bir not göndərdi.
Təlimat “DST ilə texniki işçi qruplarında, koordinasiya mərkəzlərində, məsləhət şuralarında, əməkdaşlıq müqavilələrində şəxsən və ya virtual olaraq qarşılıqlı əlaqədə olan bütün CDC işçilərinə aiddir" dedi.
Donald Tramp vəzifəyə gəldikdən dərhal sonra ABŞ-ın Birləşmiş Millətlər Təşkilatının (BMT) DST-dən çıxmasını nəzərdə tutan prezident fərmanını imzalayıb.
Fərmanın mətnində ABŞ-ın geri çəkilməsinin səbəbləri “təşkilatın Çinin Uhan şəhərində baş verən COVID-19 epidemiyasını və digər qlobal sağlamlıq böhranlarını düzgün idarə etməməsi, təcili ehtiyac duyulan islahatları qəbul etməməsi və DST-nin müstəqilliyini üzv dövlətlərin yersiz siyasi təsirindən qoruyub saxlamaması kimi göstərilir.
Mətndə həmçinin qeyd olunub ki, DST ABŞ-dan “haqsız yerə ağır ödənişlər tələb etməyə davam edir”.