Türkiyəli müğənni Əmrahın var-dövləti haqda deyilənlər hər kəsi təəccübləndirib.
7News.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənninin İstanbul və Bodrumda 300-dən çox evi olduğu iddia edilib.
Sənətçinin evlərinin aylıq kirayəsindən əldə etdiyi gəlir 10 milyon lirədir.
Onun İstanbulda 3 milyon dollara idman kompleksi aldığı və eyni ərazidə daha 12 mağazası və dubleks mənzili olduğu bildirilir.
Bundan başqa Əmrahın Bodrumda 8 milyon lirəyə aldığı lüks daşınmaz əmlakının da olduğu hər kəsə məlumdur.