RU

Polşa Cənubi Koreya ilə imzaladığı silah satınalma müqavilələrinə xitam verməyib

Polşa milli müdafiə nazirinin müavini Pavel Bejda Polşa və Cənubi Koreya arasında imzalanan silah satınalma müqavilələrinə xitam verilməsi ilə bağlı mövzuya aydınlıq gətirib.

“Poliqon” xəbər verir ki, Polşa Milli Müdafiə Nazirliyində keçirilən mətbuat konfransında sözügedən məsələyə toxunan P.Bejda, bu iddiaların doğru olmadığını bildirib.

“Polşa mətbuatında Polşanın müqavilələr üzrə danışıqlar aparmaması, müqavilələrə xitam verməsi və Cənubi Koreya tərəfi ilə danışmamasına dair xəbər və yazılarla əlaqədar qeyd etmək istərdim ki, bu, doğru deyil. Mən belə şayiələri təkzib edirəm. Bu, yalan xəbərdir.

Hətta demək istəyirəm ki, keçən il K9 özüyeriyən artilleriya qurğularının tədarükü 100%-dən çox tamamlanıb. Bu isə Cənubi Koreyanın 2024-cü ildə müqavilə ilə nəzərdə tutulandan daha çox texnika tədarük etməsi deməkdir”, – deyə Polşa milli müdafiə nazirinin müavini qeyd edib.

Избранный
21
poliqon.az

1Источники