RU

İtaliya Çinin DeepSeek tətbiqi ilə bağlı araşdırmaya başlayıb

Bakı,TurkicWorld

İtaliyanın Fərdi Məlumatların Mühafizəsi Təşkilatı (GPDP) Çin süni intellekt proqramı "DeepSeek" ilə bağlı araşdırma başladıb və şəxsi məlumatların toplanma mənbələri haqqında ətraflı məlumat tələb edib.

TurkicWorld xəbər verir ki GPDP-nin yazılı açıqlamasına görə, araşdırma "Hangzhou DeepSeek Süni İntellekt" və "Beijing DeepSeek Süni İntellekt" şirkətlərinə yönəlib. İ

Belə ki, İtaliya rəsmiləri DeepSeek-in istifadəçilərin şəxsi məlumatlarını, hansı mənbələrdən və hansı məqsədlə topladığını müəyyən etmək istəyirlər. Həmçinin, bu məlumatların Çindəki serverlərdə saxlanılıb-saxlanılmadığı məsələsi də araşdırılır.

Təşkilat Çin şirkətlərinə sorğulara cavab vermək üçün 20 gün müddət verib. Ancaq, Bu araşdırma İtaliyanın süni intellekt sahəsində apardığı ilk nəzarət tədbiri deyil. 2023-cü ilin martında GPDP ABŞ-ın OpenAI şirkətinin ChatGPT xidmətinə qarşı oxşar araşdırma aparmış, məxfilik qaydalarının pozulması şübhəsi səbəbindən ölkədə müvəqqəti qadağa tətbiq etmişdi. Daha sonra OpenAI istifadəçi məxfiliyinə dair qaydalarını yenilədikdən sonra qadağa aprel ayında ləğv edilmişdi.

Qeyd edək ki, DeepSeek-in süni intellekt modeli, High-Flyer Capital Management fondu tərəfindən dəstəklənərək yanvarın 20-də istifadəyə verilib. Aşağı qiymət və az çip istifadəsi ilə diqqət çəkən bu açıq mənbəli süni intellekt modeli qısa müddətdə qlobal bazarda populyarlıq qazanıb. Hətta tətbiq mağazalarında ABŞ-ın ChatGPT platformasını geridə qoyaraq ən çox yüklənən süni intellekt proqramı olub.

Избранный
11
43
turkic.world

10Источники