RU

Politoloq: Sülh sazişinin Tbilisidə imzalanması daha məqsədəuyğundur

Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh prosesinin vasitəçisi olmağa hazırdır.
Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İrəvanda Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib.
“Gürcüstan həqiqətən də bizim regionumuzda sülh və sabitliyi təşviq etmək istəyir. Bu istiqamətdə biz bir daha qonşularımız arasında gedən sülh prosesinin vasitəsiçi olmağa hazır olduğumuzu bildiririk”, - Boçorişvili deyib.

Politoloq Elçin Xalidbəyli "Sherg.az"a söyləyib ki, hazırda Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesində vasitəçiyə ehtiyac yoxdur:

"Rəsmi Bakının ümumiyyətlə bu məsələ ilə bağlı siyasi kursu ondan ibarətdir ki, iki ölkə arasında danışıqlar ikitərəfli və birbaşa təmaslar formatında davam etməlidir. Həmçinin vasitəçilərin müdaxiləsinə ehtiyac görmür. Azərbaycanın bu mövqeyi  Rusiya, ABŞ və Qərbə yönəlikdir. Çünki onlar Cənubi Qafqazda sülh məsələsində təşkilatçılığa yiyələndikdə birmənalı şəkildə öz geopolitik maraqlarını həyata keçirməyə çalışırlar. Eyni zamanda sülhün təmin olunmasından daha çox situasiyanı daha da qəlizləşdirmək, münaqişə yaratmaq üçün çıxış edirlər. Əslində bu yanaşma tərzinin rəsmi Tbilisiyə aidiyyəti yoxdur. Gürcüstan Azərbaycan və Ermənistan arasındakı vasitəçiliyi yerinə yetirərsə, öz istəklərini hər iki tərəfə diqtə edəcək dövlət deyil. Lakin bu ölkənin sülh prosesinə buraxılması həm Rusiyanı, həm də ABŞ və Qərbi məsələyə müdaxilə etmək üçün cəhdlər etməyə həvəsləndirə bilər".

Politoloq əlavə edib ki, Gürcüstanın təklifinin qəbul olunacağı qətiyyən inandırıcı görünmür:
"Bütün bunlarla yanaşı, gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin hansısa regiondan kənar dövlətin deyil, Gürcüstanın paytaxtı olan Tbilisidə  imzalanması daha məqsədəuyğun olardı".
Избранный
5
2
sherg.az

10Источники